...

ATƏT sədri: İsveçrə Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupu formatını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2014 16:21 (UTC +04:00)
İsveçrə ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu formatını və Gürcüstanda baş vermiş son münaqişə ilə bağlı 2008-ci il Cenevrə beynəlxalq müzakirələrini dəstəkləyəcək.
ATƏT sədri: İsveçrə Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupu formatını dəstəkləyir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

İsveçrə ATƏT-in sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu formatını və Gürcüstanda baş vermiş son münaqişə ilə bağlı 2008-ci il Cenevrə beynəlxalq müzakirələrini dəstəkləyəcək. Trend-in "Armenpress"ə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamentinin rəhbəri Didye Burkhalter deyib.

Səfir Ancelo Qnadinger Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edilib. O, ATƏT-in adından Cenevrə beynəlxalq müzakirələri zamanı həmsədrlik edəcək və Erqnetidə (Gürcüstan) "İnsidentlər barədə xəbərdarlıq və reaksiya vermə üzrə mexanizmlər" haqqında mövzuda görüşlərdə iştirak edəcək.

Onun sözlərinə görə, İsveçrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə birbaşa cəlb olunmayıb, lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə yardım edəcək.

D.Burkhalter bildirib: "Mən Anji Kaspşiki bu vasitəçilik missiyasında öz şəxsi nümayəndəm qismində yenidən təsdiq etdim. O, həmsədrlər və ATƏT-in nümayəndəliyi arasında əlaqəni təmin edəcək. Yanvarın 16-da Vyanadakı çıxışımda qeyd etdiyim kimi, sədrlik danışıqlar prosesi üçün əlverişli mühit yaratmağa və xalqlar arasında qarşılıqlı təmasları stimullaşdırmağa çalışacaq".

Onun sözlərinə görə, yanvarın 14-də Berndə Minsk qrupunun həmsədrləri və A.Kaspşiklə görüşüb: "Müzakirələrin əsas mövzusu ATƏT-in sədri və həmsədrlər arasında əməkdaşlıq məsələləri olub. Həmsədrlər və A.Kaspşik mənə cari vəziyyət və Minsk danışıqlar prosesində gələcək addımlar barədə məlumat veriblər. Şadam ki, son həftələr yüksək səviyyədə görüşlər aktivləşib".

D.Burkhalter vurğulayıb ki, atəşkəs rejiminin həssaslığı və əldə edilmiş razılaşmaların möhkəmləndirilməsinin mümkün yolları da yanvarın 14-də Berndə keçirilmiş görüşün əsas müzakirə mövzularından biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti