...

ATƏT sədri təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2014 16:50 (UTC +04:00)
Azərbaycan davamlı inkişaf baxımından digər ölkələr üçün nümunədir. Trend xəbər verir ki, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası çərçivəsində plenar iclasda ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib.
ATƏT sədri təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını açıqlayıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan davamlı inkişaf baxımından digər ölkələr üçün nümunədir. Trend xəbər verir ki, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyası çərçivəsində plenar iclasda ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib.

J.Suareş bildirib: "12 il əvvəl də burda olmuşam. 12 ildən sonra Azərbaycanda çox ciddi dəyişiklərin şahidiyəm. Bizim üçün Azərbaycanla yeni əməkdaşlıq mühiti yaranır və bu, bizim üçün çox əlverişli ola bilər".

Xüsusi nümayəndə ATƏT-in regionda fəaliyyətinin artırılmasının vacibliyini vurğulayıb və ATƏT sədrinin yeni planlarını açıqlamasını istəyib: "İstər Rusiyanın maraqları fonunda, istər Ukrayna məsələsinin təsiri baxımından sizin bu regionda hansı siyasəti yürüdəcəyinizi bilmək çox vacibdir".

Buna cavab olaraq ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter regionla bağlı planlarını açıqlayıb: "Bizim tələblərimizə cavab olaraq Ukrayna böhranı ilə bağlı tərəflər atacaqları addımları açıqlayacaqlar. Bundan sonra biz də addımlarımızı bəyan edəcəyik. Abxaziya məsələsi ilə bağlı tələb edirik ki, orada ATƏT-ə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılsın. Rusiya və Gürcüstan arasında dialoq olmalıdır".

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını da açıqlayıb: "Növbəti mərhələdə prezidentlər arasında yeni görüş keçirilməlidir. Yeni müzakirələrin əsasını qoymaq istəyirik. Çünki bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər iki prezidentlə bir neçə həftə bundan əvvəl bunları müzakirə etmişik. ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir. Düşünürük ki, ATƏT-in böyük potensialı var. Sadəcə xahiş edirəm, münaqişə barədə 57 dövləti dolğun məlumatlandırasınız ki, yüksək dəstək ifadə olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti