...

Rəsmi açıqlama: Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması diqqət mərkəzindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2014 16:14 (UTC +04:00)
Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.
Rəsmi açıqlama: Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması diqqət mərkəzindədir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından (ƏİDİDK) Trend-ə bildiriblər ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.

Hazırda video və fotomateriallarda göstərilən vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti