...

ATƏT PA-nın xüsusi nümayəndəsi: Beynəlxalq ictimaiyyət və ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən baxmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2014 20:17 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət və xüsusilə ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən nəzər salmalıdırlar
ATƏT PA-nın xüsusi nümayəndəsi: Beynəlxalq ictimaiyyət və ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən baxmalıdır

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Beynəlxalq ictimaiyyət və xüsusilə ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən nəzər salmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib.

O, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ölüm faktlarından dərin narahatlığını ifadə edib və münaqişənin bütün tərəflərini sülh nizamlanmasına sadiqliklərini bir daha təsdiq etməyə çağırıb.

S.Suareş bildirib: "Dağlıq Qarabağda və ətraf ərazidə təhlükəsizlik vəziyyətinin pisləşməsi və hazırkı eskalasiya bir daha nümayiş etdirdi ki, dünya 20 ildən çox müddətdir "dondurulmuş" qalan münaqişəni qəbul edə bilməz. Bütün tərəflər xüsusilə mülki şəxslərə qarşı daxil olmaqla, zorakılıq və təxribat aktlarından çəkinməlidirlər və təcili surətdə diplomatik nizamlanmaya sadiqliklərini təsdiq etməlidirlər. Azərbaycan və Ermənistan prezidentləti bu həftə Soçidə görüşməlidirlər".

O əlavə edib ki, beynəlxalq ictimaiyyət və xüsusilə ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə yenidən nəzər salmalıdır və reallaşdırıla biləcək yeni ideya və mexanizmləri gözdən keçirməlidirlər.

Xüsusi nümayəndə PA-nın bu yaxınlarda Bakıda keçirilmiş illik sessiyasında erməni nümayəndə heyətinin iştirak etdiyini qeyd edib və hər iki ölkə hökumətini öz aralarında və cəmiyyətlər arasında dialoqun parlament və digər formalarını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Azay Quliyev bugün Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribatlarla bağlı ATƏT PA-nın Prezidenti İlkka Kanerva və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suaresə müraciət ünvanlamışdı.

Müraciətdə A. Quliyev ATƏT PA-nı Ermənistanın bu cür davranışlarını pisləməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs rejiminə əməl etməsinə məcbur etməyə çağırmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti