...

Ermənilər atəşkəsi yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 09:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Quşçuayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Şıxlar, Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti