...

ABŞ Dağlıq Qarabağ zonasında gərginliyin artmasını qınayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2014 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

ABŞ Dağlıq Qarabağ zonasında qoşunların təmas xəttində xeyli sayda insan ölümü ilə nəticələnmiş zorakılıq hallarını kəskin qınayır. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Harri Robinson Vyanada ATƏT-in Daimi Şurasının iclasında deyib.

O, ABŞ hökuməti adından ölən və yaralıların yaxınlarına başsağılığı verib. H.Robinson tərəfləri gərginliyin azaldılması üçün addımlar atmağa və atəşkəs rejiminin bərpa edilməsi haqqında sazişin müddəasına hörmət etməyə çağırıb: "ABŞ ATƏT-in Minks qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanmasını təmin etmək ümün münaqişənin tərəflərinə yardım etməyə davam edəcək".

ABŞ diplomatı münaqişənin hərbi həllini istisna edib və qeyd edib ki, ABŞ Soçidə keçirilmiş görüşü, eləcə də prezidentlərin münaqişənin sülh yolu ilə nizamlanması üçün dialoqu davam etdirməyə hazır olmalarını alqışlayıb: "Biz ölkələri siyasi iradə nümayiş etdirməyə və konstruktiv danışıqlar aparmağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti