...

Erməni silahlı bölmələrinin təxribatları davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2015 12:19 (UTC +04:00)
Cəbhə xəttində erməni silahlı bölmələrinin təxribatları davam edir.
Erməni silahlı bölmələrinin təxribatları davam edir

Azərbaycan, Bakı, 19 may /Trend/

Cəbhə xəttində erməni silahlı bölmələrinin təxribatları davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

Ermənistanın Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qiyaməddinli, Sarıcalı, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti