Bakı. Trend:
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolunu ərazidən erməni ordusunun çıxarılmasını görür. Bu barədə Trend "Novosti Qruziya" agentliyinə istinadən xəbər verir.
"Hər şey suveren Azərbaycanın ərazisində baş verir. Səbəbləri Ermənistanın təxribatçı hərəkətlərində axtarmaq laımdır. Son zamanların hadisələri sadəcə Azərbaycanın Ermənistan tərəfindən edilən növbəti təxribata cavabı idi", deyə səfir bildirib.
O həmçinin qeyd edib ki, qan tökülməsini dayandırmağa, sülh danışıqlarına qayıtmağa imkan verəcək yeganə çıxış yolu Ermənistan silahlı qüvvələrinin, erməni ordusunun münaqişə zonasını tərk etməsidir.