...

AŞ Nazirlər Komitəsinin sədri Dağlıq Qarabağla bağlı həyata keçirilməyən qətnamələrdən danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2016 16:52 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın Baş naziri Taavi Roivas Assambleya üzvləri qarşısında çıxış etdikdən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.
AŞ Nazirlər Komitəsinin sədri Dağlıq Qarabağla bağlı həyata keçirilməyən qətnamələrdən danışdı

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın Baş naziri Taavi Roivas Assambleya üzvləri qarşısında çıxış etdikdən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.

Trend-in məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da sədrə sual verib: “Cənab Baş nazir, sizin də söylədiyiniz kimi, həllini tapmamış münaqişələr barədə soruşmaq istəyirəm. Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnesrtyanı münaqişələr uzun illərdir ki həllini tapmır. Bunun əsəs səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsidir. BMT Təhlükəsizlik Şurası, AŞ PA-nın qəbul etdiyi qətnamələr kağız üzərində qalıb və həyata keçirilmir. Sizcə, bu qətnamələrin yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə bu məsələ, eyni zamanda münaqişələrin həlli diqqət mərkəzinizdə olacaqmı?”

Suala cavab verən T.Roivas münaqişələrin daima diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri olduğunu hesab edib:

"Bunun ən yaxşı yolu artıq öz aramızda razılığa gəldiyimiz formatı saxlamaqdır. Biz bu məsələni artıq əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik, razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik. Əminəm ki, hazırkı məqamda bunun hər hansı bir möcüzəli həlli yolu yoxdur. Biz sadəcə əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır. Biz hamımız istərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, biz parlamentarilərin edə biləcəyimiz işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi, daima gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir. Çünki parlamentarilər əslində təsir etmək gücünü malikdirlər. Və siz, burada təmsil olunan bütün ölkələrin millət vəkilləri, bundan çox yaxşı bir formada yararlana bilərsiniz və bunu etməlisiniz ki, bu münaqişələrin həlli üzrə işlər davam etdirilsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti