...

Azərbaycan münaqişələrin həlli üçün GUAM və ATƏT-i qarşılıqlı fəaliyyət göstərməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2017 14:56 (UTC +04:00)
Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur, və bu münaqişələrin həll edilməməsi ATƏT üzv-ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir
Azərbaycan münaqişələrin həlli üçün GUAM və ATƏT-i qarşılıqlı fəaliyyət göstərməyə çağırıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:

“Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti