• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

2 yaşlı Zəhranın qətli Avropa mediasının gündəmində

18 İyul 2017 16:42 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

“New Europe” qəzetində Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlıların qətlə yetirilməsinə həsr olunmuş məqalə dərc olunub.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, məqalə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar yaydığı bəyanatı əsasında hazırlanıb.

Məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən atəşə tutulub, nəticədə kənd sakini Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanıb və mülki obyektlər dağıdılıb.

Məqalədə Ombudsmanın tezliklə ədalətin və sülhün bərqərar olunacağı, insanlığa qarşı törədilən bu cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağı, cinayətkarların cəzasız qalmayacağı, BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağı ilə bağlı fikirləri yer alır.

Həmçinin, Ermənistanın təcavüzünə son qoyulması, beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması qeyd olunur.

Müəllif yazır ki, Müvəkkilin bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin Baş Katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə İcraçı Direktoruna, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə, eyni zamanda Azərbaycanın çoxsaylı diaspor təşkilatlarına göndərilib.

“New Europe” baş ofisi Brüsseldə yerləşən, Avropa İttifaqı və beynəlxalq siyasətə dair məlumatların dərc edildiyi müstəqil həftəlik qəzetdir.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Ombudsman Elmira Süleymanova
Azernews Newspaper
Digər xəbərlər
Ombudsman: Azərbaycana gələn miqrantların sayı artır
Siyasət 18 Dekabr 2017 11:43
Kristin Muttonen: Dağlıq Qarabağ münaqişəsinin həllində dialoq mühitinin yaradılması əhəmiyyətlidir (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 11 Sentyabr 2017 09:40
Ombudsman: Ermənilər saxtalaşdırdıqları məlumatlarla dünya gündəmini məşğul etməyə vərdiş ediblər
Dağlıq Qarabağ Münaqişəsi 5 Noyabr 2016 14:08
Elmira Süleymanova: Azərbaycanda boşanmaların sayı artır
Cəmiyyət 13 Aprel 2016 12:36
Ombudsman: Boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıqdır
Cəmiyyət 13 Aprel 2016 12:30
Ombudsman Ağdamda ziyan çəkən sakinlərə baş çəkib
Dağlıq Qarabağ Münaqişəsi 7 Aprel 2016 17:44
Ombudsman: Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz lazımi qiymətini almayıb
Cəmiyyət 22 Fevral 2016 11:22
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter