Bakı. Səba Ağayeva - Trend:
Türkiyə Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıda fəallığı artırmağa çağırıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilən brifinqdə deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.
M.Çavuşoğlu bir daha vurğulayıb ki, Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də törətdiyi təxribatı qınayır.