Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsinin həllində dialoq mühitinin yaradılması əhəmiyyətlidir və ATƏT Parlament Assambleyası (PA) bu istiqamətdə istənilən köməyi etməyə hazırdır.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu ATƏT PA-nın sədri xanım Kristin Muttonen Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ilə görüşdə deyib.
Ombudsman E.Süleymanova isə qeyd edib ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətinin nəticəsiz olduğunu nəzərə alaraq, yeni mexanizmlərin işlənib hazırlanması lazımdır.
Görüşdə həmçinin, insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanla ATƏT PA arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.