...

Ərdoğan: Qarabağ münaqişəsinin yeganə həll yolu erməni işğalına son qoymaqdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 23:49 (UTC +04:00)

Bakı. Trend:

"Ərköyün" Ermənistanın güzəştsiz hərəkətləri Dağlıq Qarabağ münaqişəsini bir növ qanqrenaya çevirib. Bu problemi həll etməyin yeganə yolu 30 ilə yaxındır davam edən erməni işğalına son qoymaqdır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan video konfrans vasitəsi ilə Türkiyə-Afrika iş forumunun iştirakçılarına müraciət edərək bildirib.

Türkiyə prezidenti Dağlıq Qarabağın 30 ildir Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpağı olduğunu xatırladıb:

"Türkiyə Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizəni tam dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti