...

Ermənistanın milli ideyasının mahiyyyəti tarixi miflərlə manipulyasiya etməkdir - Rusiyalı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2020 12:09 (UTC +04:00)
Ermənistanın milli ideyasının mahiyyyəti tarixi miflərlə manipulyasiya etməkdir - Rusiyalı politoloq

Bakı. Nərgiz Sadıxova - Trend:

Müasir Ermənistanın milli ideyasının mahiyyyəti erməni xalqının mövcudluğuna xəyali təhlükənin olması barədə qışqırmaq və tarixi miflərlə manipulyasiya etməkdir.

Trend-in məlumatına görə, buni rusiyalı politoloq Andrey İvanov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, humanitar atəşkəs rejimi barədə razılaşmalar əldə olunduqdan sonra da Ermənistan tərəfinin mövqeyi dəyişməz qalacaq:

“Nəhayət Yerevanda başa düşüblər ki, Ermənistan uzunmüddətli müharibəyə dözə bilməyəcək. Bakı isə hər zaman problemin dinc yolla həllinin tərəfdarı olub. Ermənistan kəskinləşmə ilə təhdid edəcək, istənilən danışıqlarla manipulyasiya etməyə çalışacaq. Bu isə o deməkdir ki, yeni qarşıdurma istənilən an meydana çıxa bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti