...

Əvvəl erməni keşişi ilə görüşəndə özümü məğlub hiss edirdim, bu gün isə özümü qalib hesab edirəm - Allahşükür Paşazadə (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2020 14:49 (UTC +04:00)
Əvvəl erməni keşişi ilə görüşəndə özümü məğlub hiss edirdim, bu gün isə özümü qalib hesab edirəm - Allahşükür Paşazadə (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan torpaqlarının azad olmasını çoxdan gözləyirdik. Biz 30 ildə çox məyus olmuşduq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, erməni keşişi ilə görüşəndə özünü məğlub hesab edirdi: “Mən onlarla görüşəndə özümü məğlub hiss edirdim, ancaq bunu büruzə vermirdim. Bu gün isə özümü qalib hesab edirəm. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edir. Bunu çoxdan gözləyirdik. Bunu gözü götürməyənlər, istəməyənlər var, ancaq xalqımızın birliyi, möhtərəm Prezidentimizin qəti iradəsi nəticəsində biz öz torpaqlarımızı işğaldan tam azad edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti