...

Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2020 12:54 (UTC +04:00)
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Varşavada fəaliyyət göstərən Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının birgə həyata keçirdiyi "Müzakirə Klubu" layihəsi cərçivəsində gələcək karyeralarında uğur qazanmaq, yeni ixtisaslara yiyələnmək arzusunda olan gənc soydaşlarımıza dəstək məqsədilə müxtəlif mövzularda seminarlar təşkil edilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, seminarların həftəsonları Azərbaycan evində keçirilməsi nəzərdə tutulur və artıq "Müzakirə Klubu"nun tədbirlərinə qatılmaq üçün 50 gənc soydaşımız qeydiyyatdan keçib.

İlk seminar Polşada fəaliyyət göstərən AkzoNobel şirkətində R2R mütəxəssisi kimi çalışan Fərid Məmmədovun iştirakı ilə baş tutub. O, Polşada fəaliyyət göstərən şirkətlər üçün CV-nin hazırlanması, müsahibəyə ilkin hazırlıq mövzusunda çıxış edib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Polşada yaşayan azərbaycanlı gənclərin bilik, bacarıq və intellektual potensiallarının artırılması məqsədilə "Müzakirə Klubu"nun nəzdində müxtəlif dil kurslarının və intellektual oyunların təşkil edilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti