...

Ə.QARAYEV: AZƏRBAYCANDA TURİZM SAHƏSİNDƏ İNHİSAR YOXDUR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2005 13:51 (UTC +04:00)

BU GÜN

Azərbaycanda turizm sahəsində inhisar yoxdur. Trend agentliyinin məlumatına əsasən, bu barədə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev müxtəlif dövlət qurumları və yerli turizm şirkətlərinin nümayəndələrinin iştirak etdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, hökumət ölkədə turizmin sərbəst inkişafı üçün şərait yaradıb. Hazırda ölkədə 159 turizm şirkəti fəaliyyət göstərir. Son 3 ildə 52 yeni otel təşkil olunub ki, bu da, nazirin fikrincə, regionlarda yeni iş yerlərinin açılışı deməkdir. Azərbaycana gələnlərin sayı hər il artır. Ümümdünya Ticarət Təşkilatının hesablamalarına əsasən, Azərbaycan gələn turistlərin sayına görə ön yerlərdən birini tutur. Bu statistik göstərici son üç il ərzində hər il 25-30% artır.

Ə.Qarayevin bildirdiyinə görə, hazırda otellərdə göstərilən xidmətlərin keyfiyyət məsələsi kəskin şəkil alıb. Bu mövsümdə turizm obyektlərindəki vəziyyətin öyrənilməsi üzrə xüsusi işçi qrupu yaradılıb. Müşavirədə çıxış edən Gənclər, İdman və Turizm Nazirliyinin şöbə müdiri Aydın Hüsniyev iştirakçıları turizm obyektlərində işləyən heyətin üçün keçirilən seminarlar haqqında məlumatlandırıb. Onun sözlərinə görə, belə seminarlar Quba-Xaçmaz zonasında keçirilib və Şəki-Zaqatala zonasında da keçirilməsi planlaşdırılır. Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri regionlarda infrastrukturun inkişafı və ekologiya turizmi üçün lazımi şəraitin yaradılması sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti