...

Qənirə Paşayevə AŞ Nazirlər Komitəsinə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı sənəd təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2006 15:21 (UTC +04:00)

ASPA-dakı Azərbaycan numayəndə heyətinin uzvu Qənirə Pasayeva işğal altındakı Azərbaycan torpaqlarında ermənilərin qanunsuz məskunlasdirma aparmasi ilə bağlı AS Nazirlər Komitəsinə sənəd təqdim edib.

Sənəddə bildirilir ki, indiyədək bu ərazilərə 145 min nəfər erməni köcürülüb və 2010-cu ilə qədər bu rəqəmin 300 min nəfərə catdırılması planlasdirilir: "Son bir ildə işğal altındakı ərazilərə 23 min erməni yerləsdirilib. Ən ağır vəziyyət Lacin rayonuna qanunsuz köcürmə ilə bağlıdır. Bu rayona 13 min nəfər köcürülüb. 700 nəfər Kəlbəcər, 520 nəfər isə Zəngilan rayonuna köcürülüb. Ermənilər Şuşaya 15 min nəfər köcürməyi planlasdırırlar. Bu, Cenevrə Konvensiyasina ve ASPA-nin qacqın və məcburi köckünlərin yurd-yuvalarına qaytarilması ilə bağlı 1416 saylı qetnaməsinə ziddir".

Qeyd edek ki, bu sənədi AS uzvu olan 10-dan artiq ölkənin deputatları imzalayıb.

Xəbər lenti

Xəbər lenti