...

Qubadlının işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2006 12:38 (UTC +04:00)

Avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğalının 13-cü ildönümü ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanı ziyarət olunub. Trend in məlumatına görə, ziyarətdə Qubadlı köçkünləri, Qarabağ Azadlıq Təşkilatının fəalları, döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarı önünə gül-çiçək qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Qubadlıdan didərgin düşmüş soydaşlarımızın yığcam şəkildə məskunlaşdığı Sumqayıtda da Şəhidlər Xiyabanı ziyarət olunacaq. QAT sədri Akif Nağı bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində də Qubadlının işğalının ildönümünü qeyd ediləcək, şəhidlər xiyabanları ziyarət olunacaq.

Xəbər lenti

Xəbər lenti