...

Lüksemburqun XİN başçısı: ATƏT münaqişələrin uzunmüddətli həllinin axtarışı üçün əlverişli mühit yarada bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 17:26 (UTC +04:00)

Mən hesab edirəm ki, son aylar keçirilən danışıqlar ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçiliyi sayəsində xeyli tərəqqiyə nail olmağa imkan yaradıb və konstruktiv atmosferdə keçib. Trend xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Filipp Dust-Blazi ATƏT Xarici işlər nazirləri şurasının toplantısında bildirib.

O, tərəfləri bu yolla getməyi davam etdirməyə çağırıb.

Lüksemburqun xarici işlər və immiqrasiya naziri Jan Asselborn da öz çıxışında həll edilməyən münaqişələrə toxunub. "Gürcüstanda gərginliyin artması, Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışının uzadılması, separatçılıq, Dnestryanı və Cənubi Osetiyada referendum və seçkilər "dondurulmuş münaqişələr"in həllinə mane olur", - deyə o qeyd edib. O, ATƏT-in sazişin axtarışı üzrə səylərini salamlayıb. Onun fikrincə, ATƏT münaqişələrin uzunmüddətli həllinin axtarışı üçün əlverişli mühit yarada bilər.

Xəbər lenti

Xəbər lenti