...

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndinə axan su kanallarını bağlaması sakinlərə ciddi problemlər yaradıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2007 13:52 (UTC +04:00)

Füzuli rayonunun Alxanlı kəndinə axan Əli və Həsən su kanalları Ermənistan silahlı qüvvələri tərəfindən bağlandığından kənd sakinləri artıq 1 neçə aydır ki, əkin-biçinlə məşğul ola bilmirlər. Bu barədə Trend in bölgə müxbiri xəbər verib.

Füzulinin işğal altında olan ərazisində Köndələnçaydan mənbəyini götürüb Alxanlı kəndinə axan Əli və Həsən su kanallarından Alxanlı sakinləri istifadə edə bilmirlər. Burada 10 hektarlarla əkin üçün yararlı torpaq sahəsindən isə kənd camaatı otlaq sahəsi kimi istifadə edir. Lakin bu, sakinlərə baha başa gəlir. Çünki otlaq sahəsində otlayan mal-qaraya ermənilər tərəfindən atəş açılır. Kənd sakinləri isə əlacsız qalıb mal-qarasını tövlələrdə saxlamalı olur.

Məsələ ilə bağlı açıqlama verən Alxanlı kənd icra nümayəndəsi Hicran Əliyev bu vəziyyəti təsdiqləyib. Bildirib ki, yaxın aylarda kəndin ərazisində bir neçə artezian quyusu qazılıb kənd sakinlərinin istifadəsinə veriləcək. Bundan sonra sakinlər sudan və torpaqdan səmərəli istifadə edib əkin-biçinlə məşğul ola biləcəklər.

Xəbər lenti

Xəbər lenti