...

Azərbaycanın İspaniyadakı səfirliyi erməni şirkətinin qanunsuz hərəkəti ilə bağlı Beynəlxalq turizm təşkilatına nota göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2007 15:11 (UTC +04:00)

Azərbaycan səfirliyi Ermənistanın "Amistad-tour" turizm şirkətinin qanunsuz hərəkətinə dair ciddi tədbirlər görüb. Bu şirkət Madriddə beynəlxalq turizm sərgisində iştirak çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə turların təşkil olunması ilə bağlı bukletlər paylayıb. Bu barədə Trend ə Azərbaycanın İspaniyadakı konsulu Nicat Sadıxov eksklüziv olaraq məlumat verib.

Səfirlik Beynəlxalq Turizm Təşkilatına nota göndərib. Notada erməni şirkətinin qanunsuz hərəkətinə dair tədbirlərin görülməsi tələb olunub. Səfirliyin əməkdaşları həmçinin sərginin təşkilatçıları ilə görüşüb və onlar şirkətin beynəlxalq norma və qaydalara zidd hərəkətləri haqqında məlumatlandırılıblar.

Görülmüş əməli tədbirlər nəticəsində şirkətin bukletlərinin yayılmasının dayandırılmasına nail olunub.

Xatırladaq ki, "Amistad-tour" şirkəti öz reklam bukletlərində Dağlıq Qarabağın xəritəsini müstəqil respublika kimi dərc edib.

Xəbər lenti

Xəbər lenti