Ermənistan silahlı qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəsi yenidən pozub. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbi birləşmələri Tərtər rayonun işğal altında olan Seyidsulan kəndindən axşam saat 23:30 radələrindən başlayaraq 00:00 gədər Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat silahlardan fasilələrlə atəşə tutub. Ölən və yaralanan yoxdur. Hazırda cəbhə xəttində nisbi sakitlikdir.