...

AŞ PA rəhbəri: Avropa Şurası Qarabağdakı "prezident seçkiləri"ni tanımaq niyyətində deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Avropa Şurası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda iyulun 19-na planlaşdırılan "prezident seçkiləri"ni tanımaq niyyətində deyil. "Mən bir neçə gün bundan öncə bəyan etmişdim ki, biz bu seçkilərin legitimliyini tanımaq haqqında düşünmürük", - deyə bazar ertəsi Bakıda Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden jurnalistlərə bildirib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır.

Bu, artıq Dağlıq Qarabağdakı separatçı qurumun tərəfindən keçirilən, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan birinci seçki deyil.

Ötən cümə Azərbaycan XİN həmçinin "seçkiləri" pisləyən bəyanatla çıxış edərək bəyan etmişdi ki, "bu cür seçkilərin keçirilməsi Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və heç bir leqal nəticəsi ola bilməz".

Rene van der Linden iyulun 7-dən Bakıdadır. Bazar ertəsi Azərbaycan XİN-də keçirilən görüşlərdən sonra Linden jurnalistlərə bildirib ki, xarici siyasət, Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri və həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti