...

Azərbaycan Prezidenti Avropa İttifaqının və İran parlamentinin nümayəndəsini qəbul edib

Siyasət Materials 12 Sentyabr 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezident Aparatının mətbuat xidmətindən məlumat yayılıb.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, parlamentlərarası əməkdaşlıq

məsələlərinin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti bu gün həmçinin İran-Azərbaycan Dostluq qrupunun sədri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əhəd Qəzai ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, İran parlamentində fəaliyyət göstərən İran-Azərbaycan Dostluq qrupu parlamentlərarası əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir. Prezident İlham Əliyev Azərbaycan-İran ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. O, İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinin, əlaqələrimizin daha da genişlənməsi baxımından, əhəmiyyətini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, İran-Azərbaycan Dostluq qrupu sədrinin bu səfəri parlamentlərarası əməkdaşlığımızın daha da inkişafına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti