...

Türkiyə prezidenti: "Ankara Cənubi Qafqazdakı "dondurulmuş münaqişələr"in dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"

Siyasət Materials 3 Oktyabr 2007 16:50 (UTC +04:00)
Türkiyə prezidenti: "Ankara Cənubi Qafqazdakı "dondurulmuş münaqişələr"in dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"

Fransa, Strasburq/ Trend müxbir A.Mahərrəmli/ Türkiyə Cənubi Qafqazdakı "dondurulmuş münaqişələr"in dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. "Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə nizamlanma dedikdə biz münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlükləri və suverenliyi çərçivəsində həllini nəzərdə tuturuq" - deyə Türkiyə prezidenti Abdulla Gül çərşənbə günü Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı bildirib.

Gül bildirib ki, Cənubi Qafqaz regionu uzun illərdir həll olunmayan münaqişələrdən əziyyət çəkir.

"Münaqişələrin həll olunmamsı regional əməkdaşlıq üçün əngəl törədir" - deyə yeni seçilmiş dövlət başçısı kimi ilk dəfə Strasburqa səfər edən Türkiyə prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti