...

Azərbaycanda bir sıra rayonların adları dəyişdirilə bilər

Siyasət Materials 5 Oktyabr 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanda bir necə rayonun adı dəyişdirilə bilər. Bu barədə cümə günü Bakıda Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri, millət vəkili Arfi Rəhimzadə məlumat verib.

"Bu məsələ müzakirə oluna bilər. Hazırda gündəlikdə belə bir məsələ yoxdur. Ancaq gec-tez, bir neçə rayonun adının dəyişdirilməsi məsələsi gündəliyə çıxarılacaq", -deyə komissiya sədri əlavə edib.

Azərbaycanın Əli Bayramlı şəhərinin, Xanlar rayonunun, Bakı şəhərinin Nərimanov, Əzizbəyov rayonlarının adının dəyişdirilməsi müzakirə oluna bilər. Rəhimzadənin sözlərinə görə, Azərbaycanda coğrafi adların dəyişdirilməsi mexanizmi "Ərazi vahidləri və inzibati ərazi bölgüsü haqqında" və "Coğrafi adlar haqqında" qanunlarla tənzimlənir. Həmin mexanizmə görə, ilk növbədə yerlərdən Milli Məclisin Toponimiya Komissiyasına müraciət daxil olmalıdır. Əgər Toponimiya Komissiyası hər hansı çoğrafi adın dəyişdirilməsinə razılıq versə, məsələni parlamentin Regional məsələlər daimi komissiyasına göndərir. Sonda isə məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılır.

Rəhimzadə vurğulayıb ki, coğrafi adların dəyişdirilməsi böyük vəsait tələb edir. Ona görə də coğrafi adların dəyişdirilməsini təklif edən struktur bunun maliyyə xərcini də öz üzərinə götürməlidir.

"Bu məsələ daha çox, əhalinin rəyindən asılıdır. Amma hər hansı bir rayonun sakinləri adın dəyişdirilməsinə heç də eyni mövqedən yanaşmırlar", -deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti