...

ABŞ Dövlət katibinin müavini: "ABŞ ümid edir ki, növbəti seçkilər Azərbaycan tarixində ən uğurlu seçkilər olacaq" (video)

Siyasət Materials 5 Noyabr 2007 20:35 (UTC +04:00)
ABŞ Dövlət katibinin müavini: "ABŞ ümid edir ki, növbəti seçkilər Azərbaycan tarixində ən uğurlu seçkilər olacaq" (video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Danied Frid bazar ertəsi mətbuat konfransında bildirib ki, ABŞ ümid edir ki, Azərbaycanda keçiriləcək növbəti seçkilər Azərbaycan tarixində ən yaxşı seçkilər olacaq. "Seçkilər nə qədər güclü olarsa, Azərbaycanın beynəlxalq birlikdə mandatı bir o qədər güclü olacaq" - deyə Frid bildirib.

Fridin sözlərinə görə, ABŞ Azərbaycanın demokratik islahatlar keçirməsini istəyir, ona görə yox ki, ABŞ bunu mühüm hesab edir, ona görə ki, bu, Azərbaycan üçün faydalıdır. Frid, həmçinin, bildirib ki, ABŞ Azərbaycanı demokratik islahatlar aparan güclü, müstəqil və çiçəklənən ölkə kimi görmək istəyir. "Zəif Azərbaycan ABŞ üçün heç nə edə bilməz. Yalnız güclü Azərbaycan ABŞ-ın maraqlarına cavab verir" - deyə Frid bildirib. Onun sözlərinə görə, güclü Azərbaycanın güclü hökumətə, eyni zamanda, güclü müxalifətə, güclü və müstəqil KİV və bank sektoruna ehtiyacı var. Müstəqil və demokratik islahatlar sabitlik yaradan faktorlardır. ABŞ Azərbaycana islahatlar keçirməkdə və müstəqilliyə nail olmaqda kömək edəcək" - deyə Frid bildirib.

Xəbər lenti

Xəbər lenti