...

Bakıda ağır cinayət törədən mütəşəkkil cinayətkar dəstə tutulub

Siyasət Materials 13 Noyabr 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakının Sabunçu qəsəbəsi ərazisində bir neçə gün əvvəl silahlı basqın edənlər tutulub. "Hadisəni törədən Elşən İsgəndərov və Ramil Cəfərov tutularaq, barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib",- çərşənbə axşamı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda qeyd olunub.

Noyabrın 10-da, gecə saat 01-00 radələrində maska geyinmiş cinayətkarlar Sabunçu qəsəbə sakini Bahəddin Əliyevin evinə silahlı quldur basqını ediblər. Basqınçıların odlu silahdan açdıqları atəş nəticəsində, ev sahibinin atası, 73 yaşlı Alı Əliyev qətlə yetirilib, həyat yoldaşı Rübabə Quliyeva və yaxın qohumu Rövşən Quliyev ağır bədən xəsarəti alıblar.

Məlumatda qeyd olunub ki, basqınçılar mütəşəkkil dəstə yaradaraq, külli miqdarda əmlak əldə etmək məqsədilə, cinayəti törədiblər. Dəstə üzvlərini odlu silahla təmin etməyi Vəliyev üzərinə götürərək, konstruksiyası mülki silahdan odlu silaha dəyişdirilmiş 3 tapança əldə edib.

Hadisə yerindən bir tapança, maska və əlcəklər, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, həmçinin, Bakıxanov dəmiryol stansiyası yaxınlığında gizlədilən, cinayətdə istifadə olunmuş daha bir tapança və basqınçıların istifadə etdiyi "BMW" markalı avtomobil aşkar edilib.

Xəbər lenti

Xəbər lenti