...

Ədalət partiyaısının sədri namizədliyinin yenidən irəli sürülməsinə razılıq verib

Siyasət Materials 15 Noyabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Müxalifəti təmsil edən Ədalət Partiyasının sədrliyinə bir neçə namizəd ola bilər. "Partiyanın qurultayında alternativ namizədlərin olacağı istisna deyil"- cümə axşamı Trend -ə Ədalət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü İlyas İsmayılov bildirib.

Ədalət Partiyasının qurultayı noyabrın 24-də Bakı Əyləncə Mərkəzində keçiriləcək. Qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq, o cümlədən, sədr seçkisi keçiriləcək. Sədr vəzifəsinə bir nəfərin-hazırkı sədr İlyas İsmayılovun namizədliyi irəli sürülüb. İsmayılov 2005-ci il parlament seçkilərində qalib gəldikdən sonra, partiya sədrliyindən gedəcəyini bildirmişdi.

ƏP sədri deyib ki, qurultay zamanı sədrliyə digər namizədlərin olacağı mümkündür. İsmayılov partiya fəallarının təkidindən sonra, sədrliyə namizədliyinin irəli sürülməsinə razılıq verdiyini bildirib.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq, partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti