Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Madam Tüssonun Mum Fiqurlar Muzeyində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fiquru olacaq. Çərşənbə axşamı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Orxan Sultanovun telefonla Londondan verdiyi məlumata görə, dekabrın 15-də bu münasibətlə tədbir keçiriləcək.
Madam Tüssonun Muzeyi Londonda mum fiqurlar muzeyidir və Amsterdam, Honkonq, Las-Veqas, Kopenhagen və Nyu-Yorkda filialları var. Heykəltəraş Mariya Tüsso tərəfindən yaradılmış muzeydə dünyanın məşhur şəxsiyyətlərinin fiqurları qoyulub.