...

Azərbaycan Parlamentinin sədri Rusiyaya səfər edəcək

Siyasət Materials 19 Dekabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının açılış sessiyasında iştirak etmək üçün Moskvaya səfər edəcək. Bu barədə çərşənbə günü Trend ə Milli Məclisin mətbuat katibi Akif Nəsirov məlumat verib.

Dekabrın 2-də beşinci çağırış Rusiya Dövlət Dumasına seçkilər keçirilib. Dekabrın 24-də Dumanın açılış iclası keçiriləcək.

Mətbuat katibi qeyd edib ki, Azərbaycan Parlamenti sədrinin səfəri Rusiya tərəfinin rəsmi dəvəti əsasında həyata keçiriləcək. Açılış iclasında dünyanın bir sıra ölkələrinin Parlament rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

Milli Məclisin sədri dekabrın 23-də Rusiyaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti