...

Sloveniyanın yeni prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 25 Dekabr 2007 18:55 (UTC +04:00)
Sloveniyanın yeni prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Sloveniyanın yeni pezidenti Danilo Türk Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanlı həmkarının dəvətini Sloveniyanın yeni prezidentinə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov yeni prezidentin Lyublyanadakı inauqurasiyasından sonra baş tutan görüş zamanı çatdırıb.

İsmayılovun çərşənbə axşamı telefonla Vyanadan verdiyi məlumata görə, Türk Sloveniyanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Soveniya prezidentinin səfəri prezident Əliyevin Sloveniyaya 2007-ci ilin avqustunda baş tutan səfəri zamanı iki ölkə arasında başlanan ikitərəfli və regional əməkdaşlığa dair dialoqun davamı olacaq.

Türk keçmiş prezident Yanez Drnovşekanı əvəz edib və ötən bazar günü vəzifəsinin icrasına başlayıb.

Yeni prezident rəqibi Loyze Peterleyə seçkilərin noyabrın 11-də keçirilən ikinci turunda 68% səs çoxluğu ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti