...

Azərbaycan prezidenti Boris Tadeçi Serbiyanın Prezidenti seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 5 Fevral 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir S.İlhamqızı/Azərbaycan prezidenti İlham Əliyev Boris Tadeçi yenidən Serbiyanın Prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. İlham Əliyev təbrik məktubunda bildirib ki, Azərbaycanla Serbiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə inanır. Prezident Əliyev Tadiçə cansağlığı, dost Serbiya xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti