...

Bəzi partiyaların müxalifətin yeni mərkəzində təmsil olunmaması üçün heç bir əsas yoxdur– partiya sədri

Siyasət Materials 20 Fevral 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. Trend C.Babayeva/ Bəzi partiyaların Demokratik Seçki Mərkəzində (DSM) təmsil olunmamaları onların fərqli siyasi mövqe nümayiş etdirmələri kimi qiymətləndirilməməlidir. Bu barədə çərşənbə axşamı Trend ə əməkdaşlıq sazişi imzalamış 18 müxalifət partiyasının bəzilərinin mərkəzdə təmsil olunmamaları barədə qərarını şərh edərkən Mərkəzdə təmsil olunan Azadlıq partiyasının sədri Əhməd Oruc bildirib.

Keçən ilin dekabrında Azərbaycanın 18 müxalifət partiyası əməkdaşlıq barədə saziş imzalayıb. Sazişi "Bizim Azərbaycan" blokuna daxil olan səkkiz partiya, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Sosial-Demokrat, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Azadlıq, Milli-Demokrat, Ədalət, Ümid partiyaları və Azərbaycan Yolu Siyasi Hərəkatı imzalayıb. Yanvarın 30-da saziş imzalayan partiyaların doqquzu - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbacyan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası "Demokratik Seçki Mərkəzinin" yaradılması barədə qərar qəbul edib.

Orucun sözlərinə görə, DSM əməkdaşlıq sazişi imzalamış 18 müxalifət partiyanın yeni qurumu kimi qəbul olunmamalıdır.

"18 müxalifət partiyası birliyinə DSM adının verilməsi yalnız birliyin müxtəlif adlarla adlandırılmasına son qoymaq məqsədi daşıyıb. Birliyin necə adlandırılması mərkəzdə təmsil olunmamaq üçün hər hansı bir partiya üçün ciddi əsas sayıla bilməz" - deyə Oruc bildirib.

Saziş imzalamış Azərbaycan Yolu Siyasi Hərəkatı və "Bizim Azərbaycan" bloku Mərkəzdə təmsil olunmamaqla bağlı qərar qəbul edib. Onların bildirdiyinə görə, sazişdə Mərkəzin yaradılması ilə bağlı heç bir müddəa olmayıb.

Orucun sözlərinə görə, mərkəzə DSM adının verilməsi təklifini də məhz "Bizm Azərbaycan" bloku irəli sürmüşdür. "Bizim Azərbaycan" blokunun Mərkəzdə təmsil olunmamaları başqa səbəblə əlaqədardır" - deyən Oruc səbəbi şərh etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti