...

Azərbaycanda daha bir kəndin adı dəyişdiriləcək

Siyasət Materials 28 Fevral 2008 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda daha bir kəndin adı dəyişdiriləcək. Milli Məclisin Regional məsələlər daimi komissiyasının cümə axşamı keçirilən iclasında Xanlar rayonunun Pənahlar kəndinin adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Komissiya üzvü Tahir Rzayev bildirib ki, Pənahlar kənd sakinləri, bələdiyyə, icra nümayəndəliyi və rayon İcra Hakimiyyəti kəndin adının dəyişdirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər.

"Müraciətdə kəndin Pənahlılar adlandırılması xahiş olunur" - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, kəndin qədim adı Pənahlılar olub. Parlament yanında Toponomiya Komissiyası kəndin adının dəyişdirilməsinə müsbət rəy verib.

Komissiya Pənahlar kəndinin adının dəyişdirilməsini təsdiqləyib və məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasına dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti