...

Azərbaycanın hakim partiyasının mətbu orqanı yeni mərhələyə qədəm qoyur

Siyasət Materials 11 Mart 2008 16:05 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının mətbu orqanı yeni mərhələyə qədəm qoyur

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olan "Yeni Azərbaycan" qəzeti keyfiyyəti artırmaq üçün bir sıra islahatlar aparacaq. "Qəzet keyfiyyət baxmından yeni mərhələyə qədəm qoyacaq və oxucu üçün daha maraqlı və anlaşıqlı olmağa çalışacaq -" çərşənbə axşamı Trend ə qəzetin yeni baş redaktoru Hikmət Məmmədov bildirib.

YAP-ın fevralın 28-də keçirilən iclasında qəzetin əvvəlki baş redaktoru Alqış Həsənoğlunun fəaliyyəti qeyri-qənaətbəxş hesab edilib və o,vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Hikmət Məmmədov təyin olunub.

Məmmədov deyib ki, YAP-ın ideoloji və siyasi istiqamətində heç bir dəyişiklikdən söhbət gedə bilməz və bu prinsip partiyanın mətbu orqanında da əksini tapacaq.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti