...

Azərbaycan prezidenti Yunanıstanın inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Mart 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı 17 mart / Trend / Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Prezident sarayında Yunanıstanın inkişaf naziri Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Yunanıstan nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi işinə yeni imkanlar açacağına əminliyini söyləyib.

Böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən Folias qarşılıqlı əlaqələrin hər iki ölkə üçün faydalı olduğunu bildirib. O, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün kifayət qədər imkanların mövcud olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti