Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Ağayeva/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zayed əl Nəhyan və Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Muhəmməd bin Zayed əl Nəhyan Azərbaycana səfər edəcəklər.
Azərbaycan XİN-in mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, BƏƏ-yə rəsmi səfəri zamanı Azərbaycanın xarici işilər naziri Elmar Məmmədyarov Azərbaycan rəhbərliyinin dəvət məktubunu ünvan sahibinə çatdırıb.
BƏƏ-nin rəsmi şəxsləri ilə danışıqlar zamanı Azərbaycanın XİN başçısı Bakıda bu ölkə səfirliyinin açılması məsələsinə toxunub. Tərəflər turizm, energetika və digər sahələr üzrə iki ölkə arasında əməkdaşlığın inkişaf məsələlərini müzakirə ediblər.
Danışıqlar zamanı Bakı və Əbu-Dabi arasında birbaşa aviareyslərin açılması ayrıca müzakirə mövzusu olub.