...

Gürcüstan Azərbaycan, Qazaxıstan və Ukraynaya onun ərazi bütövlüyünü tanıdıqları üçün minnətdardır – Gürcüstanın XİN başçısı

Siyasət Materials 8 Aprel 2008 12:11 (UTC +04:00)
Gürcüstan Azərbaycan, Qazaxıstan və  Ukraynaya onun ərazi bütövlüyünü tanıdıqları üçün minnətdardır – Gürcüstanın XİN başçısı

Gürcüstan, Tbilisi, 08 aprel / " müxbir N.Kirtsxalia/ Gürcüstanın XİN başçısı David Bakradze Abxaziyaya münasibətdə MDB-nin sanksiya rejimindən çıxmamasına dair qərarına görə Qazaxıstana minnətdarlığını bildirib.

Bir gün əvvəl Astana Abxaziyaya münasibətdə MBD sanksiyalarından çıxmaqdan imtinaya dair rəsmi olaraq bəyanat verib. Rusiya MBD ölkələrinin bu rejimdən çıxmasının lehinə çıxış edib. Astana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini qeyd edib. Bakradzenin sözlərinə görə, Moskvanın bu addımı atmağa dair qərarı məlum olduğu üçün MDB ölkələrinin əksəriyyəti onu dəstəkləmədi.

"Abxaziyaya münasibətdə Rusiya tərəfindən sanksiyalardan çıxmağa dair qərarın qəbul edilməsindən sonra Gürcüstan XİN-i Birlik ölkələrinə dəstəyə görə minnətdarlığını bildirib. Yekun üzrə bizdə bir neçə MDB ölkəsinin - Azərbaycan, Ukrayna və Qazaxıstanın separatçılara münasibətdə Moskvanın mövqeyini dəstəkləməkdən imtina etməsinə dair bəyanatlar var. Bizdə olan məlumatlara görə, bir sıra MDB ölkələri yaxın vaxtlarda analoji bəyanatlar verəcək" - deyə Bakradze bildirib. O qeyd edib ki, Rusiyanın MDB ölkələrinə böyük təsirinə baxmayaraq, Birlik Moskvanın "yalnış və əxlaq normalarına sığmayan" hərəkətlərini dəstəkləmir. "Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən bütün ölkələrə minnətdarlığımızı bildiririk" - deyə nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti