...

Türkiyədəki hakim partiyanın ləğvi ölkənin Avropa Birliyinə yolunu kəsə bilər - ekspertlər

Siyasət Materials 10 Aprel 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı,10 aprel / Trend , müxbir R.Hafizoğlu,E.Tarıverdiyeva /Türkiyədəki hakim AKP partiyasının bağlanılması ölkənin Avropa Birliyinə üzvlüyünə mane olmaqla yanaşı, PKK terrorçularınınfəallaşması ilə nəticələnə bilər. "AKP- nin bağlanılması qərarı çox təhlükəlidir və bu qərar Tükkiyənin Avropa Birliyinə üzvlük ümidlərini azaldır" - deyə, İngiltərənin Kinqston Universitetinin professoru Ceyms Ker-Linse Trend -a bildirib.

Türkiyənin Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dayandırılması üçün məsələni martın 31- də icraata görürüb. Türkiyədəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) AKP-ni islamyönlü siyasət yürütməkdə və Konstitusiyaya zidd fəaliyyətdə ittiham edərək, onun bağlanılması tələbindən sonra, Məhkəmə bu qərarı qəbul edib.

"Avropa Birliyi Türkiyədə baş verənlərdən narahatdır və partyianın bağlanılmasının əleyhinədir" - deyə, Ker-Linse Londondan cümə axşamı elektron poçtla bildirib. O hesab edir ki, Avropa Birliyinə Türkiyənin bu quruma üzvlüyundə maraqlıdır və ölkədə demokratik dəyərlərlə fəaliyyət göstərən partiyanın bağlanılması demokratiyaya ziddir.

"AKP-nin bağlanılması Türkiyə-Avropa münasibətlərinə əsaslı şəkildə mənfi təsir göstərə bilər" - deyə Ker-Linse bildirib. Onun fikrincə, bir çox siyasətçilər AKP-nin bağlanılmasını Türkiyənin demokratik ölkə olmaması kimi dəyərləndirərək, bu faktdan ölkə əleyhinə istifadə edə bilərlər.

Ekspert hesab edir ki, partiyanın ləğvi ölkədəki kürd əhalisi tərəfindən demokratik dəyər və prinsiplərin pozulması kimi qəbul edilə bilər, bunun isə, Türkiyədə kürd-türk qarşıdurması ilə nəticələnə biləcəyi istisna olunmur.

Kiprin türk icmasının dini lideri Ahmet Yönlüer hesab edir ki, hakim partiyanın bağlanılması nəinki Türkiyənin Avropa Birliyinə üzvlüyünə maneədir, hətta Kipr probleminin həllini də uzada bilər. Yönlüer Türkiyədə siyasi gərginliyin başlayacağını istisna etmir. "Bu, öz növbəsində, Kiprin statusu məsələsinə mənfi təsir edəcək" - deyə, Yönlüer cümə axşamı Lefkoşadan (Nikosiya) telefonla Trend -a bildirib.

"Türkiyənin hakim partiyasının ləğvi hökuməti zəiflədəcək və istər- istəməz, Türkiyə dövlətinin düşməni olan PKK terrorçularını fəallaşdıracaq. Bir ölkədə siyasi xaos və anarxiyanın olması onun daxili və xarici siyasiətinə təsir edir. AKP-nin bağlanılması Türkiyədə demokratiyanın süqutu, anarxiyanın qələbəsidir"-deyə, o qeyd edib.

Türkiyənin Konstitusiya Məhkəməsi AKP-yə özünümüdafiə üçün bir ay vaxt verib. Partiyanın aprelin 6 - da keçirilən iclasda AKP-nin öz fəaliyyətini davam etdirməsi üçün xüsusi plan hazırladığı bildirilir.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti