...

Azərbaycanda prezidentliyə namizədlərin pul depoziti hesabına qeydiyyata alınması qaydası ləğv oluna bilər

Siyasət Materials 30 May 2008 20:20 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərin pul depoziti hesabına qeydiyyata alınması qaydası ləğv oluna bilər

Azərbaycan, Bakı, 30 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Prezidentinin İcra Aparatı prezidentliyə namizədlərin pul depoziti hesabına qeydiyyata alınması qaydasının ləğv olunmasını dəstəkləyir. " Hansısa prezidentliyə namizəd qeydiyyata alınmaq üçün lazım olan seçici imzasını toplaya bilmirsə, onlar siyasətçi hesab oluna bilməzlər", - deyə parlamentin cümə günü keçirilən iclasında Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bildirib.

Parlamentin cümə günü keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Prezidentliyə namizədlərin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınması üçün 45 min seçicinin imzası toplanmalıdır. Əgər namizəd tələb olunan imzaları toplaya bilmirsə, seçki fondunun üç faizini (əvvəl 33 min, təklif olunan dəyişikliklərdə isə, 333 min manat) depozit qoymaqla qeydiyyata alına bilər. Təklif olunan dəyişiklikdə prezidentliyə namizədin seçki fondu bir milyon manatdan on milyon manata qədər artırılıb.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Müzakirələr gələn həftə davam etdiriləcək.

"Parlament depozit hesabına namizədlərin qeydiyyata alınması qaydasının ləğv olunmasını dəstəkləsə, bu məsələyə baxmaq olar. Bununla bağlı səsləndirilən təklif dəstəklənə bilər",-deyə Prezident Aparatının rəsmisi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti