...

Azərbaycanın müxalifət lideri Fransa prezidenti ilə görüşəcək

Siyasət Materials 6 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqının (BDİ) iyunun 25-26-da Parisdə keçiriləcək Liderlər toplantısında iştirak edəcək. Cümə günü partiyanın mətubat xidmətindən verilən məlumata görə, BDİ-nin sədri, Avstraliyanın sabiq baş naziri cənab Con Hovardın AMİP liderinə dəvət məktubu göndərib.

AMİP 1996-cı ildən dünyanın 63 ölkəsinin 82 sağ-mərkəzçi partiyalarını özündə birləşdirən BDİ-nin üzvüdür.

Toplantıda əsas müzakirə "Sağ-mərkəz partiyaları 21-ci əsrdə" mövzusu ətrafında aparılacaq. Bundan başqa, beynəlxalq və regional məsələlərə, həmçinin dünyada gedən demokratikləşmə proseslərinə də diqqət yetiriləcək.

Fransa prezidenti Nikola Sarkozi iyunun 25-də tədbir iştirakçılarını Yelisey sarayında qəbul edərək onların şərəfinə ziyafət verəcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti