...

Polşalı memarların Bakıdakı xidmətləri ölkələrimiz arasındakı dostluq münasibətlərini xarakterizə edir – Polşanın birinci xanımı (video)

Siyasət Materials 11 İyun 2008 13:08 (UTC +04:00)
Polşalı memarların Bakıdakı xidmətləri  ölkələrimiz arasındakı dostluq münasibətlərini xarakterizə edir – Polşanın birinci xanımı (video)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir S.Ağayeva/ Polşanın birinci xanımı Mariya Kaçinska Bakıda polşalı memar Yuzef Qoslavskinin (1865-1904) yaşadığı evdə abidə lövhəsinin açılışında iştirak edib.

Polşalı memar Bakıda hazırda Azərbaycan paytaxtının mədəni-tarixi arxitekturası sayılan 12 bina tikib. Onların arasında keçmiş Bakı Şəhər Dumasının binasını (Hazırda Bakı Şəhər İcra Hakimiyyəti), Bakının neft mədəni sahibi olan Hacı Zeynalabdin Tağıyevin iqamətgahını (Azərbaycan Tarix Muzeyi), imperatritsa Aleksandra adına qızlar üçün rus-musəlman məktəbinin binasını (Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu), Mərdəkan qəsəbəsində Tağıyev bağını və s. göstərmək olar.

Polşanın birinci xanımı xatirə lövhəsinin açılış mərasimində bildirib ki, ötən əsrdə Bakıda fəaliyyət göstərən polşalı memarların xidmətləri ölkələrimiz arasında dostluq münasibətlərini xarakterizə edir.

Xanım Kaçinska iyunun 10-11-də keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolu" adlı beynəlxaq forumda iştirak etmək üçün Bakıya səfərə gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti