...

Avropa gürcü-abxaz münaqişəsini həll edə bilərmi? - Stendford Universiteti yanında Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının eksperti

Siyasət Materials 1 İyul 2008 03:55 (UTC +04:00)

Avropanın aparıcı eksperti, Stendford Universiteti yanında Ümumdünya Beynəlxalq Araşdırmalar Assosiasiyasının üzvü Tomoyuki Haşimoto xüsusi olaraq Trend üçün

İş Gürcüstanın bölünməsinə çatanda Avropa Birliyi böyük dilemma ilə qarşılaşır. Məsələn, İspaniyə bölgü problemi ilə qarşılaşdığı üçün "asan çıxış yolu"nu görmək istəmir. Yunanıstanla Kipr də eyni problemə həssas yanaşırlar, xüsusən də məsələni türk milli azlıqlarının nümayəndələri qaldıranda.

Digər tərəfdən, son zamanlar gördüyümüz kimi NATO təmsilçiləri, Almaniya və Fransa Gürcüstanla Ukraynanın alyansa üzvlüyünə görə Rusiya ilə münasibətləri korlamaq istəmirlər. Hətta indii Avropa Birliyi əksəriyyətin rəyinə əsasən hərəkət etsə belə, yenə də Fransa, Almaniya və Böyük Britaniya kimi iri dövlətlərin dəstəyi lazım olacaqdır. Beləliklə, ümumillikdə Avropadan gürcü-abxaz münaqişəsinin nizamlanmasında yardım gözləmək çətindir.

Buna rəğmən Avropa (xüsusən də Almaniya) Gürcüstanda siyasi sabitliyin normallaşmasına yardım göstərməyə hazırdır. Hazırlıq, imkan və potensial nöqteyi-nəzərdən AB münaqişənin nizamlanmasına dəstək göstərə bilər. Bir şərtlə ki, münaqişənin hər iki tərəfi bu məqsədlə yardım istəyəcəklər.AB-də qərarların qəbulu və layihələrin gerçəkləşdirmə sisteminin balanslaşdırılmış xarakter daşıması üçün qurum üzvləri arasında fikir ayrılığının yaranması ehtimalı azdır. Bununla belə AB təkbaşına hərəkət etmir. "Berlin-plyus" müqaviləsinin təmin etdiyi hərbi qüvvələr və vasitələrə görə AB NATO və BMT kimi qurumlardan yetərincə asılıdır.

Nəticə etibari ilə AB-nin edə biləcəyi, etmək istədiyi və edəcəyi ї bir-birinə bağlı olsalar da müxtəlif məsələlərdir. Hazırda təəssüflər ki, AB-nin əlindən Gürcüstanda status-kvonu qoruyub saxlamaq gələ bilər. AB-nin münaqişələrin nizamlanmasında təcrübəsi və nüfuzu çatışmır. Bununla belə AB beynəlxalq ictimaiyyətin faydalı və mühüm hissəsi olaraq qalmaqdadır. Əgər BMT bu konkret münaqişədə AB-yə nümunə göstərsə, AB Gürcüstandakı münaqişələrin istər vətəndaş, istər də hərbi (polis daxil olmaqla) missiyalar vasitəsi ilə həllinə çalışacaq.

Xəbər lenti

Xəbər lenti