...

Sülhməramlı tabor məsələsi GUAM sammitinin gündəliyinə daxil edilməyib – Baş katib

Siyasət Materials 1 İyul 2008 15:57 (UTC +04:00)
Sülhməramlı tabor məsələsi GUAM sammitinin gündəliyinə daxil edilməyib – Baş katib

Gürcüstan, Batumi, 01 iyul / lTrend , müxbir N.Kirtsxaliya/ GUAM çərçivəsində sülhməramlı taborun yaradılması məsələsi təşkilatın Batumi sammitinin gündəliyinə daxil edilməyib. Bu barədə Trend - a təşkilatın Baş katibi Valeri Çeçelaşvili bildirib.

"Lakin GUAM çərçivəsində bu məsələlər üzərində səmərəli iş aparılıb və əgər GUAM - a üzv ölkələrin prezidentlərinin istəyi olarsa, bu gün müzakirə oluna bilər", - deyə Çeçelaşvili bildirib. O həmçinin, qeyd edib ki, GUAM-ın formatı "hazırkı mövzunun müzakirəsini məhdudlaşdırımır".

Baş katibin sözlərinə görə, bu və bir çox digər məsələləri prezidentlər, GUAM-ın Milli koordinatorları müzakirə edəcək və yekun sənəd təşkilatın bütün səlahiyyətli üzvləri tərəfindən imzalandıqdan sonra məlum olacaq.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999 - cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti