...

Azərbaycan ilə Rusiya arasındakı sərhəd keçid qaydalarında dəyişiklik yoxdur-Dövlət Sərhəd Xidməti

Siyasət Materials 19 Avqust 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan Dövlət Sərhəd Xidməti əcnəbilərin Azərbaycan-Rusiya sərhədindən buraxılmasının məhdudlaşdırılmasına dair məlumatları təkzib edir.

"Azərbaycan ilə Rusiya Federasiyası arasındakı sərhəd keçid qaydalarında heç bir dəyişiklik yoxdur",-deyə çərşənbə axşamı Trend -a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Rusiya hökuməti, MDB ölkələri vətəndaşları istisna olmaqla, əcnəbilər üçün Azərbaycan və Gürcüstanla olan sərhədlərini müvəqqəti olaraq bağlayıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Rusiya Federasiyasının 2008-ci il 12 avqust tarixli 592 saylı qərarını çərşənbə axşamı "Rossiyskaya qazeta"  dərc edib.

Xarici vətəndaşların buraxılması "Xarici terror təşkilatları üzvlərinin Rusiya ərazisinə daxil olması, həmçinin, RF-nın Şmali Qafqaz (Severokavkaz) rayonu hüdudlarındakı dövlət sərhədlərində qurulan nəzarət - buraxılış məntəqələrindən silah və sursat diversiyalarının həyata keçirilməsinin qarşısının alınması üzrə tədbirlər" çərçivəsində məhdudlaşdırılıb.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim də Rusiya mətbuatının yaydığı məlumatı təsdiq etməyib.

O bildirib ki, Azərbaycan və Rusiya arasında olan sərhəd əvvəlki rejimdə fəaliyyət göstərir və vətəndaşların sərhəddən buraxılmasına heç bir məhdudiyyət qoyulmayıb.

Мцяллифля ялагя сахламаг цчцн електрон цнван - [email protected]

Xəbər lenti

Xəbər lenti