...

Aİ Rusiya Silahlı Qüvvələrinin Guürcüstan ərazisindən çıxarılması istiqamətində fəallaşmaq istəyir – Aİ-nin xüsusi nümayəndəsi

Siyasət Materials 30 Avqust 2008 12:42 (UTC +04:00)
Aİ Rusiya Silahlı Qüvvələrinin Guürcüstan ərazisindən çıxarılması istiqamətində fəallaşmaq istəyir – Aİ-nin xüsusi nümayəndəsi

Gürcüstan, Tbilisi, 30 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı (Aİ) strukturlarında Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması və Rusiyanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasında bu ölkəyə yardım məqsədilə, Aİ-nin rolunun fəallaşdırılması məsələsi barədə intensiv müzakirələr aparılır. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze ilə görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

O qeyd edib ki, Fransa prezidenti Nikolya Sarkozinin sentyabrın 1- də Brüsseldə çağırdığı Aİ sammitində bu məsələlər yüksək səviyyədə müzakirə olunacaq.

Görüşdə tərəflər Rusiyanın Gürcüstan ərazilərinə təcavüzü və işğalından sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Vaşadze Avropa tərəfini, yeni reallıqlar nəzərə alınmaqla, Gürcüstan ilə Aİ arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və inkişafına gürcü tərəfinin baxışları ilə tanış edib və bu planda sıx əməkdaşlıq təklif edib. O bildirib ki, Rusiya Fransa prezidentinin təşəbbüsü ilə əldə olunan altı bəndlik müqavilənin şərtlərinə yenə də əməl etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti