...

Azərbaycanın Yaşıllar Partiyasının sədrinin prezidentliyə namizədliyi qeydə alınmayıb

Siyasət Materials 11 Sentyabr 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Yaşıllar Partiyasının sədri Mais Güləliyevin prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmayıb.

MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov bildirib ki, Güləliyev 69 seçki dairəsindən 44 886 imza təqdim edib. "Yoxlanmış 16 750 imzadan 7 686-sı etibarsız sayılıb. Qanunvericiliyə əsasən, etibarsız imzaların sayı etibarlı imzaların sayından çox olursa, yerdə qalan imzalar da etibarsız sayılır", - deyə o bildirib.

Məmmədov həmçinin bildirib ki, Yaşıllar Partiyasının prezidentliyə namizədi əmlakı barədə düzgün məlumat təqdim etməyib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisçi oktyabrın 15-də keçiriləcək. Bu günə qədər MSK Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun namizədliklərini təsdiqləyib.

Güləliyevin namizədliyi "Yaşıl Siyasət" təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti